...

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat qaydaları dəyişir

Cəmiyyət Materials 29 Mart 2013 17:48 (UTC +04:00)
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Prezidentinin 5 mart 2013-cü il tarixli fərmanına uyğun olaraq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması aprel ayının 1-dən Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək.
Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat qaydaları dəyişir

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İzzət/

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Prezidentinin 5 mart 2013-cü il tarixli fərmanına uyğun olaraq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması aprel ayının 1-dən Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək.

Xidmətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasına gələn hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs özü və ya yaşayış sahəsi verən şəxs tərəfindən 3 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı poçt, elektron poçt vasitəsilə və ya şəxsən Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmaları üçün aşağıdakı sənədlər tələb olunur:

- Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anket;

- Əcnəbinin ölkə ərazisinə daxil olduğu pasportunun və ya onu əvəz edən sənədinin, vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti;

- Əcnəbi və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmaları üçün ərizə-anket formasını dolduraraq pasportlarının sürəti ilə bir yerdə Dövlət Miqrasiya Xidmətinin [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Qeydiyyata alınmaları ilə bağlı bildiriş almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyata alınmış hesab ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti