...

Bakıda işləmək istəyənlərin sayı regionlarda işləmək istəyənlərin sayından çoxdur

Cəmiyyət Materials 4 Aprel 2013 10:48 (UTC +04:00)
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti dövründə 40 minə yaxın namizəd imtahanlarda iştirak edib, 3 minə yaxın şəxs dövlət qulluğunda işə qəbul olunub.
Bakıda işləmək istəyənlərin sayı regionlarda işləmək istəyənlərin sayından çoxdur

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti dövründə 40 minə yaxın namizəd imtahanlarda iştirak edib, 3 minə yaxın şəxs dövlət qulluğunda işə qəbul olunub.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov bildirib.

Onun sözlərin görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi böyük struktura malik dövlət qurumlarına daha çox şəxs vəzifəyə təyin olunub, çünki həmin qurumlar daha çox vakant vəzifə təqdim edirlər.

Misirov deyib ki, Dövlət Qurumlarının regional bölmələrində müsabiqə vəziyyəti bir o qədər böyük olmur. Daha gərgin müsabiqə vəziyyəti mərkəzi aparatlarda yaranır və daha çox şəxs də məhz mərkəzi aparatlara işə düzəlir.

"Bakıda işləmək istəyənlərin sayı regionlarda işləmək istəyənlərin sayından çoxdur. Mərkəzi aparatlarda olan vəzifələrin maaşları da regionlarda olan vəzifələrin maaşlarından 2-3 dəfə çoxdur. Əsas amillərdən biri də budur. Amma regionlarda da kifayət qədər vakant vəzifələr tutulur", - Misirov deyib.

O qeyd edib ki, Dövlət orqanlarında işə düzələn 3 minə yaxın namizədin 80-85 faizi gənclərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti