Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2013-cü büdcə ili üçün kommunikasiya xətlərinin çəkilişi işinin (Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə qoşulması üçün DQMK-nın Koroğlu Rəhimov küçəsində yerləşən inzibati binasına ATS-564-dən FO-12 kabel magistralının çəklişi) satın alınması üçün kotirovka sorğusu elan edir.
Komissiyanın tender komissiyasından Trend-ə verilən məlumata görə, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər mayın 13-dək qəbul olunacaq.
Sorğuda iştirak etmək istəyən iş adamları nizamnamənin surətini (notarial qaydada təsdiq olunmuş), kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətini (notarial qaydada təsdiq olunmuş), kommersiya hüquqi şəxsinin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə), vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayışı, vergi uçotu haqqında arayışı (əgər sadələşdirilmiş vergi ödəyicisidirsə) komissiyaya təqdim etməlidirlər.