...

"Azərikimya" əməyin mühafizəsi sahəsindəki uğurlarına görə AHİK-in fəxri diplomuna layiq görülüb (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2013 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə 2012-ci il üzrə 1200-dən artıq müəssisə və təşkilat arasında keçirdiyi respublika müsabiqəsinin nəticələrinə görə ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin kollektivi müsabiqənin 45 qalibindən biri hesab edilərək, Konfederasiyanın fəxri diplomuna layiq görülüb.

İB-dən Trend-ə verilən məlumata görə, son illərdə yeniləşmə və müasirləşmə tədbirlərinin genişləndirildiyi "Azərikimya" İstehsalat Birliyində ötən il istehsalatın bütün sahələrində işçilər üçün normal və təhlükəsiz iş şəraiti yaradılmış, bədbəxt hadisələrin, istehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması işləri uğurla davam etdirilmiş, əməkçilərin həyatı üçün təhlükə doğura biləcək hallara yol verilməmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti