Azərbaycan ərazisində görünən Qafqaz bəbirinin öz arealında balalaması gözlənilir (FOTO)

Azərbaycan ərazisində görünən Qafqaz bəbirinin öz arealında balalaması gözlənilir (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.isabalayeva/

Həsən Əliyev adına Zəngəzur Milli Parkında Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinqlər zamanı 2013-cü ilin fevral-mart aylarında foto-tələlər vasitəsilə bəbirin daha bir dişi fərdinin üç fotoşəkli çəkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, fotolar üzərində aparılan analiz fərdin üzərindəki xalların individual və şəkillərin eyni bir fərdə aid olduğunu göstərir, yetgin dişi bəbirin davranışında territorial rezidentlik müşahidə olunur. Bu isə o deməkdir ki, bu cür fərdlərin Azərbaycan əazisində onlara uyğun mühitdə yaşayıb artmasına, populyasiyasına şərait yaranıb. Eyni zamanda, bu hadisə ümid etməyə imkan verir ki, Azərbaycanda, o cümlədən Zəngəzur Milli Parkında bu nadir növün populyasiyası və artım tendensiyası başlayacaq, yaxın zamanlarda bəbirin balaları ilə birgə fotolarını görmək də mümkün olacaq.

Bu fakt son illərdə Xüsusu Mühafizə Olunan Təbiət Ərazilərinin və heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına dəlalət edir və nəticə etibarilə iridırnaqlı heyvanların sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir.

Xatırladaq ki, 06 sentyabr 2012-ci il tarixində də Həsən Əliyev adına Zəngəzur Milli Parkının cənub hissəsində Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı parkın ərazisində quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin yetgin fərdinin ilk fotoşəkli çəkilmişdir.
Zəngəzur Milli Parkının və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları WWF-in Azərbaycan nümayəndəliyinin texniki və metodiki dəstəyi ilə ötən payız və qış aylarında bəbirlərin, onların qida obyektləri və rəqiblərinin monitorinqini aparmış, Azərbaycanın "Qırmızı Kitab"ına daxil olmuş bir çox nadir heyvan növlərinin yüzlərlə fotoşəklini çəkmişlər. Bu növlərin içərisində vaşaq (Lynx lynx), çöl pişiyi (Felissylvestrisornata), bezoar keçi (Capra aegagrus), muflon (Ovisgmelini), Xəzər uları (Tetraogalluscaspica) kimi nadir növlərlə yanaşı tirəndaz (Hystrixindica), daşlıqdələsi (Martesfoina), porsuq (Melesmeles), qaban (Susscrofa), canavar (Canis lupus), tülkü (Vulpesvulpes) və s. kimi təhlükədə olmayan növlər də qeydə alınmış və keyfiyyətli fotolar əldə olunmuşdur.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının "Qırmızı kitab"ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahı"sına daxil edilmiş təbiətin nadir incisi olan bəbirlərin tarixi areallarının qorunub saxlanılması məqsədilə onların məskunlaşdığı sahələrdə (Hirkan və Zəngəzur Milli parkları, İlisu Dövlət Təbiət Qoruğu və s.) xüsusi mühafizə olunan təbiət əraziləri yaradılmışdır.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2000-ci ildən Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu ilə əməkdaşlıq çərçivəsində ölkə faunasının ən nadir növlərindən biri olan Qafqaz bəbirinin mühafizəsi istiqamətində iş aparır. Bu əməkdaşlıq çərçivəsində 2009-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda bəbirlərin mühafizəsinə dair Milli Fəaliyyət Planı təsdiqlənmişdir.

Prezident İlham Əliyev: 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq
Prezident İlham Əliyev: 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq
Prezident İlham Əliyev: Zəngilan hava limanı gələn il istifadəyə veriləcək
Prezident İlham Əliyev: Zəngilan hava limanı gələn il istifadəyə veriləcək
Prezident İlham Əliyev: Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq
Prezident İlham Əliyev: Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq
Prezident İlham Əliyev: Zəngilan hava limanı gələn il istifadəyə veriləcək
Prezident İlham Əliyev: Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq
Prezident İlham Əliyev: Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq
Azərbaycanda bal istehsalı planı üstələyib
Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub
Qubadlını işğaldan azad etməklə düşmənin belini tamamilə qırdıq - Naqif Həmzəyev
Ölkə üzrə payız ağac əkini davam edir
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
AQTİ ilə İtaliya qurumu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır
ABŞ-dan olan qonaqlar Multikulturalizm Mərkəzinin qonağı olub (FOTO)
Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçilib
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
DGK sədri Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin icraçı direktoru ilə görüşüb (FOTO)
Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq - Nikol Paşinyan
Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib
Unibank 3-cü rübü də mənfəətlə başa vurub
NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Vətən müharibəsi şəhidi baş leytenant Babayev Vüsalın anım mərasimi keçirilib (FOTO)
ABB sahibkarlar üçün təlim keçirdi
DİN avtomobillərin müxtəlif hissələrinə bayraq vurulmasına münasibət bildirib
Oktyabrın 26-na USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
Şəhid ailələri və əlilliyi olanlara daha 50 mənzil verildi (FOTO)
Milli Məclisin müzakirə edəcəyi məsələlər məlum oldu
AccessBank-la əmanətini sərbəst idarə et!
Ceyhun Bayramov Əlcəzair səfiri ilə görüşüb (FOTO)
2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsi iştirakçıları mükafatlandırılıb (FOTO)
Press Revyu İnformasiya Monitorinq Agentliyi sığorta şirkəti ilə yaranmış problemə aydınlıq gətirdi
Abşeronda 30-a yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib (FOTO/VİDEO)
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Xudatda 22 küçəyə asfalt örtük salınıb, geniş abadlıq işləri aparılır (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlanıb
Azərbaycan Vatikanda səfirlik açır
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 477 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Bolqarıstan nümayəndə heyəti Ağdama səfər edəcək
Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyil!
ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO)
Bakıda qadının küçədə öldürülməsi faktı ilə bağlı istintaq yekunlaşıb
Qubadlı şəhərinin Baş planının hazırlanması üçün vəsait ayrıldı
Azercell-dən yeni Wi-Fi kampaniyası!
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib
Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
Prezident İlham Əliyev: Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik və Şuşada dövlət bayrağımızı ucaltdıq
Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb (FOTO)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib
Prezident İlham Əliyev: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq
Prezident İlham Əliyev: Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür
Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub
"Gilavar" restoranının rəhbərliyi məsuliyyətə cəlb edildi
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yer tutub (VİDEO)
Abşeronda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib (VİDEO)
“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur - Agentlik
Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb
Sudanda fövqəladə vəziyyət elan edilib
İranda daha 140 nəfər koronavirusdan ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah Azərbaycan hərbçilərini qorusun! (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
BMT nümayəndəsi Qarabağda minaların yaratdığı təhlükə barədə məlumatlandırılıb
Hamilələrin koronavirusa yoluxma təhlükəsi artır - Həkim
Yasamalda son 10 gündə 15 narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Yaxın vaxtlarda regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərəcək - Nazir (FOTO)
Tovuz parkında ziyanvericilər aşkarlanıb (FOTO)
"MilliÖn"dən ödəniş problemi ilə bağlı açıqlama
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər (YENİLƏNİB) (VİDEOYAYIM)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər (YENİLƏNİB) (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar (FOTO/VİDEO)
5-ci "DokuBaku" Beynəlxalq sənədli film festivalı keçiriləcək
“VTB Bank (Azerbaijan)” 9 ayda aktivlərini 10 faiz, xalis mənfəətini 52 faiz artırıb
“Nizami Gəncəvi ili”nə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)
Kamal Namazovun döyülərək öldürülməsi yalandır - İdmançının həyat yoldaşı (FOTO)
COVID pasportu olmayanlar rayonlara avtobus biletini necə ala bilərlər?
Ombudsman Bolqarıstandan olan nümayəndə heyətinə Ermənistanın cinayətləri barədə məlumat verib
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Azərbaycan şərabçılıq üzrə beynəlxalq mükafata layiq görülüb
Rusiyada koronavirusa gündəlik yoluxmada ən yüksək göstərici qeydə alınıb
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq
Səhiyyə Nazirliyi hamilə qadınların vaksinasiyası məsələsinə aydınlıq gətirdi
Toydan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı araşdırma aparılır
Türkiyə Zəngilana aqropark üçün avadanlıq göndərir
İşçilərin intizam məsuliyyətinə cəlb olunmasının əsasları (VİDEOÇARX)
Pambıq sexində iş qəzasına səbəb olan direktor və digər şəxslərin məhkəməsi başlayır
Nərimanov rayonunda səkkiz avtomobildən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Milli Məclisdə yüksək bal toplamış tələbələrlə görüş olub (FOTO)
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub (FOTO)
Azərbaycan-Xorvatiya Hökumətlərarası Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək
Yarmarkada ən çox satılan Kəlbəcər balı olub
Masallıda qanunsuz meşə materialı aşkar olunub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qubadlı rayonundan foto paylaşıb (FOTO)
TAP konsorsiumunun hidrogen nəqlinə başlayacağı vaxt məlum olub
İlin sonunadək Azərbaycandan Avropaya nəql olunacaq qazın həcmi açıqlanıb
Bütün xəbərlər