...

Tələbə təşkilatlarının birinci Bakı forumu keçiriləcək

Cəmiyyət Materials 4 May 2013 14:20 (UTC +04:00)
Türkiyə Tələbə Birliyinin Təşkilatının sədri Nihat Buğra Bakıda mətbuat konfransı keçirib.
Tələbə təşkilatlarının birinci Bakı forumu keçiriləcək

Azərbaycan, Bakı, 4 may / Trend, müxbir M.Əliyev /

Türkiyə Tələbə Birliyi (TTB) təşkilatının sədri Nihat Buğra Bakıda mətbuat konfransı keçirib.

Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilən brifinqdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədr müavini Şahsuvar Hacızadə çıxış edərək bildirib ki, ATGTİ-nin TTB ilə əməkdaşlığı Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına öz töhfəsi verəcək. O qeyd edib ki, yaxın vaxtlarda tələbə təşkilatlarının birinci Bakı forumu keçiriləcək.

"Artıq bu istiqamətlərdə hazırlıq işləri aparılır", - o deyib.

TTB-nin sədri Nihat Buğra öz növbəsində dəvət üçün ATGTİ-yə minnətdarlığını bildirib. Qeyd edib ki, yaxın gələcəkdə iki ölkənin tələbə gənclər təşkilatları uğurlu layihələrə imza atacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti