...

İndiyədək amnistiya qərarı cəzaçəkmə müəssisələrində saxlanılan 87 məhkuma tətbiq edilib

Cəmiyyət Materials 16 May 2013 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend/

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 07.05.2013-cü il tarixli qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam etdirilir.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 16.05.2013-cü il tarixdə Xidmətin 12 və 14 saylı cəzaçəkmə müəssisələrində Azərbaycan Respublikası Prokurorluğu İttiham idarəsi və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Amnistiya qərarının 2.5 və 3-cü bəndlərinin təsiri dairəsinə düşən 8 nəfər məhkumun azadlığa buraxılması təmin edilib.

16.05.2013-cü il tarixədək amnistiya qərarı Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 87 nəfər məhkuma tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti