...

Təhsil Nazirliyinin daha bir məsul əməkdaşı vəzifəsindən azad edildi

Cəmiyyət Materials 22 May 2013 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev vəzifəsindən azad edilib.

Zərbəliyev Trend-ə bildirib ki, o, bir neçə gün bundan əvvəl təhsil naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən azad edilib.

Hazırda Azərbaycan Dillər Universitetində müəllim kimi çalışan Zərbəliyev AMEA-dan iş təklifi aldığını və hazırda bu təklifi dəyərləndirdiyini açıqlayıb.

Qeyd edək ki, bu yaxınlarda Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev də vəzifəsindən azad edilmişdi.

Xatırladaq ki, Mikayıl Cabbarov yeni təhsil naziri təyin olunduqdan sonra nazirlikdə bir sıra struktur dəyişiklikləri aparılıb. Həmin dəyişikliklərə uyğun olaraq, nazirliyin Akkreditasiya şöbəsi Monitorinq və qiymətləndirmə şöbəsi ilə birləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti