...

Ədliyyə naziri Lənkəranda cənub bölgəsinin vətəndaşlarını qəbul edib

Cəmiyyət Materials 24 May 2013 17:53 (UTC +04:00)
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Lənkəran rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Ədliyyə naziri Lənkəranda cənub bölgəsinin vətəndaşlarını qəbul edib

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İzzət/

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Lənkəran rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gün ərzində aparılmış qəbul zamanı nazir ədliyyə orqanlarının, o cümlədən notariat, qeydiyyat və icra qurumlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini diqqətlə nəzərdən keçirərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi üçün qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə dərhal tapşırıqlar verib.

Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti