...

Təhsil Nazirliyi xaricdə dini təhsil alanların diplomlarının tanınması məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 3 İyun 2013 09:58 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının diplomlarının ölkəmizdə tanınması məsələsinə aydınlıq gətirib.
Təhsil Nazirliyi xaricdə dini təhsil alanların diplomlarının tanınması məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının diplomlarının ölkəmizdə tanınması məsələsinə aydınlıq gətirib.

Trend nazirliyin saytına istinadən bildirir ki, xarici dövlətlərin ali təhsil haqqında sənədlərinə Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"nın tələblərinə və Ekspert Qrupunun rəyləri əsasında baxılır.

Bu zaman bakalavr və magistr pillələri üzrə təqdim olunan diplomların ixtisasları tanınır və ekvivalentliliyi müəyyənləşdirilir.

Qeyd edilən məsələyə mövcud qanunvericiliyin tələblərinə uyğun və Ekspert Qrupunun rəyləri əsasında münasibət bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti