...

Bakıda "Sülh kuboku" yarışması keçiriləcək

Cəmiyyət Materials 4 İyun 2013 17:27 (UTC +04:00)
Azərbaycanlı Tələbələrin İnkişaf Koalisiyası (CASE), "Biz İnkişaf Zamanındayıq" (BİZ) İctimai Birliyinin təşkilatçılığı ilə iyunun 5-6-da Azərbaycanın 9 bölgəsindən olan məktəblilər və amerikalı sülhməramlı korpus könüllüləri arasında "Sülh kuboku" adlı Azərbaycan və ingilis dillərində bilik yarışması keçiriləcək.
Bakıda "Sülh kuboku" yarışması keçiriləcək

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı Tələbələrin İnkişaf Koalisiyası (CASE), "Biz İnkişaf Zamanındayıq" (BİZ) İctimai Birliyinin təşkilatçılığı ilə iyunun 5-6-da Azərbaycanın 9 bölgəsindən olan məktəblilər və amerikalı sülhməramlı korpus könüllüləri arasında "Sülh kuboku" adlı Azərbaycan və ingilis dillərində bilik yarışması keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə CASE-dən bildiriblər.

Sosial layihə Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, ABŞ-ın Azərbaycan səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Layihənin əsas məqsədi Azərbaycan haqqında məlumatların ingilis dilində intellektual oyun şəklində məktəblilərə çatdırılması, Amerikalı Sülhməramlıların Azərbaycan mədəniyyəti ilə yaxından tanış olması üçün imkan, Bölgələrdə yaşayan məktəblilər üçün vaxtın səmərəli və əyləncəli keçirilməsi üçün şəraitin və ABŞ təhsilli tələbələrlə məktəblilər arasında güclü şəbəkənin yaradılmasıdır.

Həyata keçiriləcək layihədə Sumqayıt, Şabran, Şəki, Tovuz, Mingəçevir, Yevlax, Ağcabədi, Lənkəran və Siyəzəndən 36 nəfər 9-cu və 11-ci sinif şagirdləri, həmçinin onlarla birgə fəaliyyət göstərən və müxtəlif sosial və ekoloji layihələr keçirən 9 amerikalı, Sülhməramlı Korpusun Könüllüləri (Peace Corps Volunteers) iştirak edəcəklər.

Bilik yarışmasında bütün suallar Azərbaycan və Amerika Birləşmiş Ştatlarının mədəniyyətini, tarixi, coğrafiyası və münasibətlərini özündə əks etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti