...

Bakıda daha bir əsas yol istifadəyə verilmək ərəfəsindədir

Cəmiyyət Materials 10 İyun 2013 13:18 (UTC +04:00)
Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun 13-cü kilometrindən Qala stansiyası istiqamətinə çəkilən yeni yolda son tamamlanma işləri aparılır.
Bakıda daha bir əsas yol istifadəyə verilmək ərəfəsindədir

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun 13-cü kilometrindən Qala stansiyası istiqamətinə çəkilən yeni yolda son tamamlanma işləri aparılır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəsəbələrarası yolların tikintisi üzrə həyata keçirilən layihələrindən biri də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun 13-cü kilometrindən Qala stansiyası istiqamətinə yeni yolun tikintisidir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in sifarişi ilə yeni salınan yolun uzunluğu 12,5 km, eni isə 21,5 metrdir. Yolun üzərində 11 su ötürücüsü, 3 heyvan keçidi inşa olunub.

Hazırda yolboyu işıq dirəklərinin quraşdırılması,dairələrdə yaşıllıq zolaqlarının salınması, əyrixətli tirlərin vurulması və sair işlər davam etdirilir. Son tamamlanma işlərinin yaxın günlərdə başa çatdırılması planlaşdırılır.

İnşasına 2011-ci ildə başlanılan yolun istifadəyə verilməsi ilə Qala, Şüvəlan və digər qəsəbələrlə paytaxt arasındakı avtomobil yolu xeyli qısalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti