...

“Neft Azərbaycanın sərvətidir” müsabiqəsinin qalibləri müka­fat­lan­­dırılıb (FOTO)

Cəmiyyət Materials 13 İyun 2013 13:46 (UTC +04:00)
İyunun 13-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Neft Azərbaycanın sərvətidir” sərgi-müsabiqənin qaliblərinin müka­fat­lan­­dırılması mərasimi keçirilib.
“Neft Azərbaycanın sərvətidir” müsabiqəsinin qalibləri müka­fat­lan­­dırılıb (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyunun 13-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş "Neft Azərbaycanın sərvətidir" sərgi-müsabiqənin qaliblərinin müka­fat­lan­­dırılması mərasimi keçirilib.

Bakı Ali Neft Məktəbindən Trend-ə verilən məlumata görə, sərgi-müsabiqəyə aprel-may aylarında ADRA-nın qrafika, dizayn, rəngkarlıq, heykəltəraşlıq, sənətşünaslıq, keramika, xalçaçılıq, memarlıq, sənətşünaslıq, qobelen və reklam ixtisasları üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan 85 tələbəsinin 100 sənət əsəri təqdim olunub. BANM-in və ADRA-nın rəhbər işçilərindən ibarət münsiflər heyəti bu əsərləri məzmun, üslub və bədii nöqteyi-nəzərdən qiymətləndirərək sərgi-müsabiqənin qaliblərini müəyyən edib.

"Qrafika" ixtisası üzrə təhsil alan Nigar Ağamirovanın "Neft" əsəri 1-ci dərəcəli diploma və 1-ci mükafata, Bəxtiyar Yusifovun "Neft sərvətimizdir" əsəri 2-ci dərəcəli diploma və 2-ci mükafata, "Qobelen" ixtisası üzrə təhsil alan Şəhla Abbasovanın "Neft" əsəri 3-cü dərəcəli diploma və 3-cü mükafata layiq görülüb. "Sənətşünaslıq" ixtisası üzrə təhsil alan Nərmin Süleymanovanın "Neft Azərbaycanın sərvətidir", ADRA-nın məzunu Ülviyyə Rzayevanın "Mədən", "Rəngkarlıq" ixtisasının tələbəsi Tural Bayramovun "Neft", "Heykəltəraşlıq" ixtisasının tələbəsi İmran Mehdiyevin "Əbədi irs" və Nurlan Məmmədovun "Qara qızıl" əsərləri həvəsləndirici mükafatlara layiq görülüblər.

Mükafatlandırma mərasimində qalibləri təbrik edən BANM-in rektoru Elmar Qasımov, ARDNŞ-nin kadr,rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov və ADRA-nın rektoru akademik Ömər Eldarov sərgi-müsabiqənin ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə dərin hörmət və ehtiramın təzahürü olduğunu vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti