...

Bakıda daha bir yolda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Cəmiyyət Materials 13 İyun 2013 18:45 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, paytaxtdan Tbilisi prospekti ilə Sumqayıt tərəfə gedən hissədə yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar olaraq, İzmir küçəsinin kəsişməsindən Həsən Əliyev küçəsinin kəsişməsinədək iş başa çatana qədər 15 iyun, saat 00:00 radələrindən etibarən qısa müddətə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur və istiqamət dəyişdirilir.
Bakıda daha bir yolda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Bakıda daha bir yolda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, paytaxtdan Tbilisi prospekti ilə Sumqayıt tərəfə gedən hissədə yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar olaraq, İzmir küçəsinin kəsişməsindən Həsən Əliyev küçəsinin kəsişməsinədək iş başa çatana qədər 15 iyun, saat 00:00 radələrindən etibarən qısa müddətə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur və istiqamət dəyişdirilir.

Həmçinin, şəhər istiqamətində Tbilisi prospekti ilə hərəkət edərkən Həsən Əliyev küçəsi istiqamətinə dönmə əməliyyatı da aparılmayacaq.

Sürücülərdən, avtomobil sahiblərindən, paytaxt sakinlərindən xahiş edilir ki, qeyd edilənləri nəzərə alaraq, şəhərdən Tbilisi prospekti ilə digər istiqamətlərə hərəkət edərkən təmir-tikinti işləri ilə əlaqədar alternativ yollardan istifadə etsinlər.

Şöbə müdiri şəhərdən çıxış üçün alternativ yol kimi 3-cü Kənar Dairəvi Yolu qeyd edib.

Əsədov bildirib ki, yeni asfal örtüyünün çəkilişi ilə əlaqədar S.Vurğun küçəsinin M.Mirqasımov küçəsi ilə kəsişməsində də hərəkət məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti