...

Arzu Rəhimov Xaçmazda vətəndaşları qəbul edib

Cəmiyyət Materials 22 İyun 2013 14:13 (UTC +04:00)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov iyunun 22-də Xidmətin Xaçmaz rayon şöbəsinin inzibati binasında şimal regionu üzrə vətəndaşların qəbulunu keçirib.
Arzu Rəhimov Xaçmazda vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İzzət/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov iyunun 22-də xidmətin Xaçmaz rayon şöbəsinin inzibati binasında şimal regionu üzrə vətəndaşların qəbulunu keçirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları daxil olmaqla, 20-dək vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri daha çox onların hərbi xidmətə çağırılan övladlarının yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələrinə, şimal regionu üzrə xidmətin müvafiq şöbə və bölmələrində işə qəbuluna, ailə vəziyyətinə görə möhlət hüququnun verilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb. Araşdırmaların nəticələrindən asılı olaraq cavablandırılacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti