...

Ədəbiyyat İnstitunun direktoru: Xalidin Xalidin AMEA-da işə qayıtması ilə bağlı ayrıca qərar qəbul olunacaq

Cəmiyyət Materials 25 İyun 2013 13:05 (UTC +04:00)
“Xalidə Xalidlə bağlı məsələ mənim İnstituta təyin olunmağımdan xeyli əvvəl baş verib”.
Ədəbiyyat İnstitunun direktoru: Xalidin Xalidin AMEA-da işə qayıtması ilə bağlı ayrıca qərar qəbul olunacaq

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İzzət/

"Xalidə Xalidlə bağlı məsələ mənim İnstituta təyin olunmağımdan xeyli əvvəl baş verib".

Trend-in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib.

İnstitutunun direktoru qeyd edib ki, istənilən elmi müəssisdə rəhbərliyin icazəsi olmadan xaricə səfər etmək məsuliyyət tələb edir. Onun fikrincə, həmin elmi müəssisənin, institutun müvafiq şöbələri buna görə intizam məsuliyyəti daşıyırlar.

Direktor qeyd edib ki, intizam məsuliyyəti güclənərsə, bir də belə hallar yaşanmaz:

"Bu hallardan bəzən Azərbaycanın milli maraqlarına qarşı istifadə olunur. İstəyirəm ki, beynəlxalq səviyyəli məsələlərə beynəlxalq hüquq normalarına uyğun yanaşılsın. Belə olarsa, inanıram ki, bir də bu cür hallar yaşanmayacaq."

Xalidə Xalidin işinə qayıtması məsələsinə gəlincə, Həbibbəyli qeyd edib ki, hələ ki instituta yeni təyin olunduğundan bu məsələlərlə məşğul olmayıb. Lakin onun sözlərinə görə, bununla bağlı müvafiq tədbir həyata keçiriləcək:

"İşçilərin yoxlanması, intizam məsələsi ilə məşğul olmuşuq. Xalidə Xalidin isə işə gəlib-gəlməməsi ilə bağlı ayrıca məşğul olub müvafiq qərar verəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti