Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir H.Vəliyev/
İlin sonuna kimi Bakıda analoq televiziya yayımı tamamilə rəqəmsal formata keçiriləcək. Bu barədə cümə günü Trend-ə "Teleradio" İstehsalat Birliyindən (İB) bildirilib.
İB-dən bildirilib ki, İstehsalat Birliyinin planına əsasən, daha sonra analoq siqnalın söndürülməsi Azərbaycanın böyük şəhərlərindən başlayaraq (Gəncə, Şirvan, Lənkəran və b.) mərhələli şəkildə həyata keçiriləcək.