...

Bakıda məhkəmə fəaliyyətinə müdaxilə edən şəxs barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 29 İyun 2013 18:15 (UTC +04:00)
Bakıda məhkəmə fəaliyyətinə müdaxilə edən şəxs barəsində cinayət işi başlanıb.
Bakıda məhkəmə fəaliyyətinə müdaxilə edən şəxs barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Bakıda məhkəmə fəaliyyətinə müdaxilə edən şəxs barəsində cinayət işi başlanıb.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, iyunun 28-də, saat 15:00 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclas zalında Hümbət Məmmədov və qeyrilərinin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin tanışı Məmmədhüseyn Qurbanov bir qrup şəxslə onlara təyin ediləcək cəzaya etirazlarını bildirərək, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq məqsədilə məhkəmə fəaliyyətinə müdaxilə ediblər.

Onların məhkəmənin binasında və küçədə etdikləri hərəkətlər nəticəsində ictimai qayda kobud surətdə pozulmaqla məhkəmə binasının pəncərə şüşələri və giriş qapısında quraşdırılmış metal-axtarış avadanlığı sındırılıb, məhkəmənin 2 saata yaxın fəaliyyəti dayandırılıb, həmçinin hakimiyyət nümayəndələri olan və xidməti vəzifələrini yerinə yetirən məhkəmənin icra məmurları və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin nəzarətçilərinə zor tətbiq edilib.

Həmin fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq), 286.1 (ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə Məmmədhüseyn Qurbanov təqsirləndirilən şəxs qismində cəlb edilərək Səbail rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti