...

Azərbaycanda havanın temperaturu yenidən yüksələcək, bəzi yerlərdə temperatur 40 dərəcəyə çatacaq

Cəmiyyət Materials 9 İyul 2013 12:45 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda havanın temperaturu yenidən yüksələcək, bəzi yerlərdə temperatur 40 dərəcəyə çatacaq

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu gün axşam saatlarından başlayaraq Bakıda şimal küləyinin sürəti zəifləyəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu gün axşam saatlarından başlayaraq şimal küləyinin sürəti zəifləyəcək.

İyulun 10 və 11-də, Bakı və Abşeron yarımadasında əsasən, şimal küləyi mülayim çənub-şərq küləyi ilə əvəzlənəcək. Bununla əlaqədar paytaxtda iyulun 10 və 11-də havanın temperaturu əvvəlki günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək. Bakıda gündüz 33-38 dərəcə isti proqnozlaşdırılır.

İyulun 10-11-də Azərbaycanın Aran rayonlarında maksimal temperatur 35-40 dərəcə olacaq.

Dağlıq ərazilərdə 25-29 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti