...

AMEA prezidenti: Müasir elm innovasiyasız keçinə bilməz

Cəmiyyət Materials 18 İyul 2013 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Biz Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun tərcübəsindən istifadə edərək AMEA-nın bütün bölmələrində informasiya kommunikasiya texnologiyalarından istifadə imkanlarını yüksək səviyyəyə qaldırmaq niyyətindəyik. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözərinə görə, akademiyada ilk struktur dəyişikləri aparılıb. İndiyədk əsas struktur dəyişikləri AMEA-nın Rəyasət Heyətində aparılıb: "Rəyasət Heyəti sönmüş kimi hiss edilirdi. Burada bır sıra şöbələr ləğv edildi. Elmi informasiya şöbəsi ləğv edildi. Çünki onun fəaliyyətinin istiqaməti müəyyən deyildi. Xarici əlaqələr strukturu ləğv edildi, onun yerinə xarici əlaqələr idarəsi yaradıldı. O idarə 2 müstəqil şöbədən ibarət oldu".

A.Əlizadə deyib ki, indiyədək akademiyada hüquqi şöbə yox idi. Buna görə də akademiyada hər hansı qərar qəbul ediləndə onun hüquqi baxımdan düz olub-olmadığı bilinmirdi. Ona görə də belə bir şöbənin də yaradılmasına ehtiyac var idi. Artıq hüquq şöbəsi fəaliyyət göstərir:

"Müasir elm innovasiyasız keçinə bilməz. Onlar bir-biri ilə əlaqə yaratmadan inkişaf olmaz. Ona görə də AMEA-da innovasiya şöbəsini də yaratdıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti