...

Bakının Sahil və Şıx çimərliklərində çimmək təhlükəlidir

Cəmiyyət Materials 18 İyul 2013 14:33 (UTC +04:00)
Aparılan monitorinqlər nəticəsində məlum olub ki, Sahil və Şıx çimərliklərində dəniz suyunda bağırsaq çöplərində çirklənmə normadan artıqdır.
Bakının Sahil və Şıx çimərliklərində çimmək təhlükəlidir

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İzzət/

Aparılan monitorinqlər nəticəsində məlum olub ki, Sahil və Şıx çimərliklərində dəniz suyunda bağırsaq çöplərində çirklənmə normadan artıqdır.

Trend-in məlumatılna görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Ölkədə mövcud sanitar vəziyyəti və görülən tədbirlər" mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əgər bir litr su üçün norma 44 mindirsə, burada 110, hətta 200 minə qədər bağırsaq çöpləri ilə çirklənmə aşkar edilib. Yəni bu, birbaşa fekal çirklənmə deməkdir:

"Artıq bununla əlaqədar qəbul edilən qərar icra edilmək üçün müvafiq orqanlara - Daxili işlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarına və mənzil-kommunal təsərrüfatı departamentinə yönəldilib. Hansı qadağa qoyulmuş zona varsa, həmin ərazilərdə sahil zolağı boyu xəbərdaredici lövhələr quraşdırılmalı, polis müvəkkili ora girişi qadağan etməlidir. Lakin bu cür ərazilərin tamamilə bağlanması mümkün deyil. "

Kazımov qeyd edib ki, dəniz suyunun laborator müayinələrinə may ayından etibarən başlanılıb. Dəniz suyunun temperaturunun hərarəti 18 dərəcədən yuxarı qalxadıqda orada bağırsaq çöplərinin inkişafı başlayır. Həmin andan etibarən də labiorator müayinələr tədqiq olunur, dəniz suyunun toksikoloji, radiolji, kimyəvi və bakretioloji müayinəsi keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti