...

Bakıda daha bir mərkəzi yol bağlandı

Cəmiyyət Materials 22 İyul 2013 14:39 (UTC +04:00)
Paytaxtda təmir işləri ilə əlaqədar daha bir mərkəzi yol bağlanıb.
Bakıda daha bir mərkəzi yol bağlandı

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/

Paytaxtda təmir işləri ilə əlaqədar daha bir mərkəzi yol bağlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Bakının Cəlil Məmmədquluzadə küçəsinin Nəsibbəy Yusifbəyli küçəsi ilə kəsişməsindən Hənifə Ələsgərov küçəsi ilə kəsişməsinə kimi olan hissəsində (cənub istiqamətdə) təmir tikinti işlərinin aparılması ilə əlaqədar olaraq yol (Heydər Əliyev adına İdman və Konsert Kompleksinin yanı) baglanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti