...

Nazir veteran jurnalistlərin müalicəsinə kömək göstərilməsi barədə tapşırıq verdi

Cəmiyyət Materials 22 İyul 2013 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Kütləvi informasiya vasitələri ilə əməkdaşlığın gücləndirilməsini daim diqqətdə saxlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi eyni zamanda ölkə mətbuatının inkişafında xidmətlər göstərmiş qocaman jurnalistlərin ehtiyac duyduqları təqdirdə müalicəsinə köməklik göstərmək niyyətindədir. 22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar respublikanın veteran jurnalistləri ilə keçirdiyi görüşdən sonra əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bununla bağlı nazirliyin Mərkəzi Aparatına göstəriş verib. Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazir qeyd edib ki, hazırda nazirliyin respublikanın 14 bölgəsi üzrə bərpa mərkəzləri fəaliyyət göstərir. Əlillər və digər imtiyazlı təbəqələr üçün nəzərdə tutulan həmin müəssisələrdə ayrı-ayrı qocaman jurnalistlərin də ehtiyac duyduqları təqdirdə müalicə almalarını təşkil etmək olar.

Möhtərəm ölkə rəhbərinin KİV nümayəndələrinə diqqət və qayğısının yüksək bir nümunə olduğunu vurğulayan nazir Fizuli Ələkbərov nazirliyin fəaliyyət sahələri üzrə müvafiq xidmətlərindən veteran jurnalistlərin faydalana bilmələri üçün şərait yaradılması, həmçinin sosial müdafiə tədbirlərində əlil jurnalistlərin daim diqqətdə saxlanması barədə tapşırıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti