Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İ.İzzət/
Bu ilin 6 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 100 cinayət işinin 17-i özəl sektorla bağlı olub. Trend-in məlumatına görə, bunu 2013-cü ilin I yarısının yekunlarına dair keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib.
Bank sektoru ilə bağlı 6, bələdiyyələrlə 6, təhsil sahəsi ilə əlaqədar 6, ticarət 6, təbiəti mühafizə ilə bağlı 5, səhiyyə sahəsində 4, sosial müdafiə sahəsi üzrə 3, yerli icra hakimiyyəti orqanları ilə bağlı 2, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üzrə 1, Vergilər Nazirliyinin audit xidməti üzrə 1, Fövqəladə Hallar Nazirliyi üzrə 1, məhkəmələrə dair 1, mətbuat ilə bağlı 1, Mədəniyət və Turizm Nazirliyinə aid 1, Rabitə və İnformaisya Texnologiyalar Nazirliyi üzrə 1, "Azərenerji" sahəsində 1, Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 1 və digər sahələr üzrə korrupsiya sahəsində 36 cinayət işi açılaraq məhkəmələrə göndərilib.