...

"Forbes" Azərbaycan haqqında silsilə məqalələri davam etdirir

Cəmiyyət Materials 25 İyul 2013 14:11 (UTC +04:00)
Məqalə və reportajın müəllifi "Wall Street Journal"ın ən müvəffəqiyyətli kapital analitiklərindən və investisiya menecerlərindən biri, "Financial Times" qəzetinin "investisiya aləmi və mülkiyyətin idarə olunması üzrə güclü və nüfuzlu ekspert", "maliyyə investisiyalarının qadın mərkəzi" adlandırdığı Hilari Kreymerdir.
"Forbes" Azərbaycan haqqında silsilə məqalələri davam etdirir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Məqalə və reportajın müəllifi "Wall Street Journal"ın ən müvəffəqiyyətli kapital analitiklərindən və investisiya menecerlərindən biri, "Financial Times" qəzetinin "investisiya aləmi və mülkiyyətin idarə olunması üzrə güclü və nüfuzlu ekspert", "maliyyə investisiyalarının qadın mərkəzi" adlandırdığı Hilari Kreymerdir.

Onun yazıları mütəmadi qaydada "Wall Street Journal", "New York Post", "Bloomberg", "Reuters" səhifələrində dərc olunur. Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə xanım Kreymer və Forbes.com saytının bir qrup əməkdaşının Bakıya səfəri nəticəsində ərsəyə gələn məqalə və videoreportaj bu günlərdə saytın əsas səhifəsinə yerləşdirilib.

Amerikanın nüfuzlu Forbes nəşrində yer alan məqalədə deyilir ki, Bu gün geniş salonlu kəb-taksilər təkcə Londonun simvolu deyil, çünki Bakının həm qonaqları, həm də sakinləri onları öz şəhərinin rəmzi hesab edir.

Xəzər dənizinin sahilində, Böyük İpək yolu üstündə yerləşən qədim şəhər üçü tünd-bənövşəyi rəngli taksilər seçilib" - deyə müəllif öz məqaləsində qeyd edir. Azərbaycanın ənənəvi yeməkləri isə həmişə təzə, əlvan və ləzzətlidir. Qədim ənənələri olan xalq musiqisi - muğam, dünya mədəniyyətinin bir hissəsi olaraq YUNESKO tərəfindən mühafizə olunur. Müəllif həm də məqalədə qeyd edir ki, dünyaya ən yaxşı qara kürü də məhz yerli su hövzələrindən ixrac olunur.

Müəllifin fikrinə görə Azərbaycan romantik və əsrarəngiz, resurslarla zəngin, çiçəklənən diyardır.

Bakının küçələrində şütüyən köhnə model taksilərin yeniləri ilə əvəz olunması kimi müdrik qərar azərbaycan xalqını keçmiş sovet dövrü, qeyri-effektiv hakimiyyət illəri xatirələrindən, uzun, mənasız növbələrdən xilas edib.

"2012-ci ildə Bakıda keçiriləcən məşhur Eurovision müsabiqəsi zamanı qərara alınmışdı ki, taksi parkının yenilənməsi son dərəcə vacibdir. Bu gün bakılılar bu taksilər və onların özü ilə gətirdiyi labüd, aktual və əlverişli yeniliklərlə qürur duyur və rəğbət bəsləyir" - deyən müəllif, həm də bu taksilərin ölkəyə gələn çoxsaylı turistlər tərəfindən də sevildiyini vurğulayır.

2011-ci il ölkədə Turizm ili elan olunmuşdu və ölkə rəhbərliyi uzunmüddətli perspektivdə turizm sahəsini ciddi gəlir mənbəyi olaraq nəzərdən keçirir.

Məqalənin müəllifi yazır ki, Qafqazda ilk qolf meydançası da məhz Azərbaycanda inşa olunur və bu 18 dəliklik, beynəlxalq standartlara cavab verən meydançada beynəlxalq turnirlərin keçirilməsi üçün hər cür şərait olacaq.

Azərbaycan hakimiyyəti təkcə idmana deyil, həm də təhsilə böyük sərmayə yatırır.

"Buna parlaq misal olaraq Azərbaycan Diplomatik Akademiyası"nı göstərmək olar, burada azərbaycanlı tələbələr dünyanın müxtəlif ölkələrinin nümayəndələri ilə ünsiyyət qura bilir, belə ki, akademiyanın əməkdaşları və müəllimlərinin 30 faizi Azərbaycan vətəndaşları deyil, tələbələrin 25 faizi isə xarici ölkələrdən gəlir. ADA 2007-ci ilin yanvarında öz qapılarını tələbələrin üzünə açdı, 2012-ci ilin sentyabrında isə Bakının mərkəzində yerləşən "yaşıl" və "ağıllı" kampusa köçüb" - deyə xanım Kreymer qeyd edir.

Ölkənin neft və qaz sənayesi inkişaf edir, Azərbaycan energetika sahəsində yeniliklərə sərmayə yatırır və iqtisadiyyatın texnoloji innovasiyalar sayəsində əldə olunan artım və möhkəmliyinə istinad edir.

"Bənövşəyi taksilər sadəcə ciddi şəkildə inkişaf edən Azərbaycan iqtisadiyyatının simvoluna çevrilib" - deyən müəllif yazısını belə yekunlaşdırır "2013-cü ilin may ayında Bakıya səfəri zamanı senator Riçard Luqar təəssüratlarını belə bölüşüb: "Prezident İlham Əliyev şəffaflıq mexanizmi tətbiq edir ki, vətəndaşlar büdcəyə daxil olan energetika gəlirlərini və onların necə xərcləndiyini görə bilsinlər. Bu, yenidən qazanılmış neft sərvəti olan ölkələr üçün vacib nümunədir".

Məqalə həm də Forbes heyətinin Bakıya səfəri zamanı lentə alınmış reportajla davam olunur. Məqalə və Reportajla tanış olmaq üçün aşağıdakı linkə keçə bilərsiniz:

http://www.forbes.com/sites/hilarykramer/2013/07/23/purple-taxis-symbol-of-change/2/

qeyd edək ki, Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə gerçəkləşən məqalə və reportaj silsilə səciyyə daşımaqla bir neçə materialla davam olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti