Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir M.Əliyev/
Azərbaycanda daha 1 ali məktəb və 2 elmi mərkəz doktorantura üzrə təhsil vermək hüququ alıb.
Trend Nazirlər Kabinetinə istinadən məlumat verir ki, Kabinetin 2010-cu ildə təsdiq etdiyi "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişiklik edilərək Bakı Avrasiya Universiteti, Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu həmin siyahıya əlavə edilib.
Hər üç elmi müəssisə fəlsəfə doktoru üzrə kadr hazırlayacaq.