Azərbaycan, Bakı, 8 avqust /Trend/
Avqustun 8-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Qəzetin bu sayında oxucular Azərbaycan Müdafiə Naziri Səfər Əbiyevin ABŞ səfəri, Ağdam rayonunda erməni saxtakarlığıni sübut edən arxeoloji tapıntılar, Miqrasiya Məcəlləsinə yeni immiqrasiya dəyişiklikləri, Şah Dəniz qazının satışı üzrə danışıqların sentyabrda başa çatması, möhtəşəm beynəlxalq Qəbələ musiqi festivalının bağlanış mərasimi və digər maraqlı məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.