Azərbaycan, Bakı, 12 avqust /Trend/
Bu gün Bakının Tbilisi prospektinin 20 Yanvar qovşağından Salamzadə küçəsinədək olan hissəsində qaz xətlərinin çəkilişi bitib və həmin hissədə hərəkət bir neçə dəqiqəyə açılacaq. Bu barədə bazar ertəsi Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, eyni zamanda bu hissə bir neçə gündən sonra yeni asfalt örtüyünün salınması üçün bağlanacaq.