...

Orta məktəb şagirdləri üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq

Cəmiyyət Materials 2 Sentyabr 2013 10:47 (UTC +04:00)
Azərbaycanda şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək orta məktəblərə məktəblərə çatdırılacaq.
Orta məktəb şagirdləri üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək orta məktəblərə çatdırılacaq.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, respublikamızın ümumtəhsil məktəbləri üçün 2013-2014-cü tədris ilinə çapı nəzərdə tutulmuş dərslik və müəllim üçün metodik vəsaitlər (139 adda) artıq hazırdır. Onların böyük əksəriyyəti yerlərə çatdırılıb. Qalan hissə isə tədris ili başlananadək ünvanlarına çatdırılacaq.

2013-2014-cü tədris ilinə hazırlıq tədbirləri çərçivəsində Bakı şəhəri və respublikanın regionlarında 123 yeni məktəb binasının və 13 mövcud məktəbdə əlavə tədris korpuslarının tikintisi, 115 məktəbdə əsaslı təmir işləri həyata keçirilməkdədir. Bakı şəhəri üzrə isə 164 məktəbdə isə cari təmir işləri başa çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti