...

Kəmaləddin Heydərov Zaqatalada qəbul keçirəcək

Cəmiyyət Materials 9 Sentyabr 2013 19:29 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən sentyabrın 13-də Zaqatala rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Kəmaləddin Heydərov Zaqatalada qəbul keçirəcək

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən sentyabrın 13-də Zaqatala rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, qəbulda yalnız Zaqatala, Qəbələ, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız nazirliyin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Zaqatala rayon, Əliabad kənd orta məktəbinin binasında, digər məsələlərlə bağlı vətəndaşların qəbulu isə Zaqatala şəhər Nizami Hüseynov adına 2 saylı orta məktəbin binasında
(ünvan: Zaqatala şəhər, Heydər Əliyev prospekti 65) keçiriləcək.

Vətəndaşların qeydiyyatı sentyabrın 10-da saat 10:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: 994 (12) 512-01-14; e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti