...

“Statoil” şirkətinin vitse-prezidentləri Bakı Ali Neft Məktəbində tələbələrə mühazirə oxuyub (FOTO)

Cəmiyyət Materials 11 Sentyabr 2013 11:54 (UTC +04:00)
Norveçin “Statoil” şirkətinin Norveçdə Hasilatın İnkişafı, Strategiya və Biznesin İnkişafı məsələləri üzrə vitse-prezidenti Rannfrid Skyervold və Əməliyyat və İnkişaf üzrə vitse-prezidenti Kyetil Hove “Neft Mühəndisləri Cəmiyyəti”nin (SPE) təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində (BANM) tələbələrə “Statoil şirkətində tətbiq edilən texnologiyalar” mövzusunda mühazirə oxuyublar.
“Statoil” şirkətinin vitse-prezidentləri  Bakı Ali Neft Məktəbində tələbələrə mühazirə oxuyub (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Norveçin "Statoil" şirkətinin Norveçdə Hasilatın İnkişafı, Strategiya və Biznesin İnkişafı məsələləri üzrə vitse-prezidenti Rannfrid Skyervold və Əməliyyat və İnkişaf üzrə vitse-prezidenti Kyetil Hove "Neft Mühəndisləri Cəmiyyəti"nin (SPE) təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində (BANM) tələbələrə "Statoil şirkətində tətbiq edilən texnologiyalar" mövzusunda mühazirə oxuyublar.

BANM-dən Trend-ə verilən məlumata görə, qonaqları qəbul edən BANM rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və prespektivləri haqqında qonaqlara ətraflı məlumat verib.

Məruzəçilər 30 illik neft tarixi olan "Statoil" şirkətində neft yataqlarının işlənməsi, Norveç və Şimal dənizlərindəki karbohidrogen ehtiyatlarının mənimsənilməsində istifadə olunan texnologiyalar və s. məsələlər haqqında tələbələrə ətraflı məlumatlar verib, prosesləri və texnologiyaları izah edən slaydları nümayiş etdirib, eyni zamanda tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Təqdimat tələbələr tərəfindən maraqla qarşılanıb.

Gələcəkdə də Bakı Ali Neft Məktəbindəbu cür silsilə təqdimatların keçirilməsi məqsədi ilə dünyanın digər aparıcı neft-qaz hasil edən şirkətlərin mütəxəssislərinin cəlb edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti