...

İranın energetika naziri: Urmiya gölünün yarısı quruyub

Cəmiyyət Materials 14 Sentyabr 2013 10:30 (UTC +04:00)
Normalda Urmiya gölündə 32 milyard kubmetr su olmalıdır, lakin hazırda bu gölün yarısı quruyub və duza çevrilib.
İranın energetika naziri: Urmiya gölünün yarısı quruyub

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Cəfərov/

Normalda Urmiya gölündə 32 milyard kubmetr su olmalıdır, lakin hazırda bu gölün yarısı quruyub və duza çevrilib. Trend-in İSNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın energetika naziri Həmid Çitçiyan ötən gün Urmiya gölünə baxışı zamanı deyib.

H.Çitçiyan deyb ki, Urmiya gölündə suyun duzluluğu həddindən artıq çoxdur və vəziyyətin bu cür davam etməsi böyük problemlər yaradacaq.

O deyib ki, Urmiya gölünün nicatı üçün yaradılmış işçi qrupu gölün xilası üçün 12 layihəni prioritet olaraq seçiblər və onların icrasına artıq başlanılıb.

Qeyd edək ki, Urmiya gölünün sahəsi təxminən 6 min kvadrat kilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edirlər. Ardıcıl quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, heyvanlara da təsir göstərir.

İran hökuməti 2011-ci ilin sentyabrında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb.

H.Çitçiyan deyib ki, 2011-ci ildən Urmiya gölünün qurumasının qarşısını almaq üçün dövlət tərəfindən ayrılacaq vəsaitləri vaxtı - vaxtında ayrılmayıb və 2012-ci ildə isə heç bir layihəyə pul ayrılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti