Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İzzət/
Azərbaycan hökuməti gənclərin seçki məntəqələrinə cəlb olunması istiqamətində işlər aparır.
Trend xəbər verir ki, bunu şənbə günü jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin məntəqələrə cəlb olunması məqsədilə tədbirlər həyata keçirilir:
"Azərbaycanda 600 min gənc ilk dəfə olaraq oktyabrn 9-da keçiriləcək prezident seçkilərində iştirak edəcək. Bizim əsas vəzifəmiz odur ki, gənclərin səsvermə məntəqələrinə gəlməsinə nail olaq. Bununla bağlı Bakıda və bölgələrdə müxtəlif tədbirlər həyata keçirilib. Bu yaxınlarda əlavə olaraq, televiziyada sosial videoçarxlar nümayiş etdiriləcək, radioda isə qeyd olunan mövzuda reklamlar səsləndiriləcək".