...

İranda bir il ərzində 3640 nəfər intihar edib

Cəmiyyət Materials 14 Sentyabr 2013 14:01 (UTC +04:00)
Ötən il (İranda il martın 21-də dəyişir) İranda 3640 nəfər intihar edib. Bunu İranın Məhkəmə Tibbi Ekspertiza Təşkilatının Araşdırmalar Mərkəzinin rəhbəri Mahmud Xudadust deyib.
İranda bir il ərzində 3640 nəfər intihar edib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Cəfərov/

Ötən il (İranda il martın 21-də dəyişir) İranda 3640 nəfər intihar edib. Bunu İranın Məhkəmə Tibbi Ekspertiza Təşkilatının Araşdırmalar Mərkəzinin rəhbəri Mahmud Xudadust deyib.
Trend-in İranın Məhkəmə Tibbi Ekspertiza Təşkilatının rəsmi xəbər saytına ( www.lmo.ir) istinadən verdiyi məlumata görə, Xudadust deyib ki, intihar etmiş şəxslərdən 2530 nəfəri kişi, 1110 nəfəri isə qadın olub.

Onun sözlərinə görə, intihar halları ötən il ərzində daha çox Tehran, Gilan və Kirmanşah əyalətlərində və ən az isə Cənubi Xorasan, Kohgiluyə və Boyer-Əhməd və Şimali Xorasan əyalətlərində baş verib.

Xudadust deyib ki, intihara cəhd halları yaş həddinə görə daha çox 18-24 yaşlı gənclər arasında (28.2 faiz) müşahidə olunur. O deyib ki, daha sonra isə 30-39 yaş (22.2 faiz ), 25-29 yaş (17,6 faiz), 50 yaşdan yuxarı (12.9 faiz), 40-49 yaşlı (11,1 faiz) şəxslər və 18 yaşdan aşağı (7.9 faiz) gənclər gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti