...

İsmayıllıda ilk ailəvi idman yarışı keçirilib

Cəmiyyət Materials 16 Sentyabr 2013 14:28 (UTC +04:00)
“Fəal Ailəm, Sağlam Aləm” layihəsi çərçivəsində İsmayıllıda ilk ailəvi idman yarışı keçirilib. Layihə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Bu barədə “Coca-Cola” şirkətindən Trend-ə daxil olan məlumatda deyilir.
İsmayıllıda ilk ailəvi idman yarışı keçirilib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

"Fəal Ailəm, Sağlam Aləm" layihəsi çərçivəsində İsmayıllıda ilk ailəvi idman yarışı keçirilib. Layihə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Bu barədə "Coca-Cola" şirkətindən Trend-ə daxil olan məlumatda deyilir.

Yarışın əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə, uşaqları, gəncləri və onların valideynlərini Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir. Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışda Bakı və İsmayıllı şəhərindən olan 5 ailəyə 400 nəfərədək tamaşaçı azarkeşlik edib.

İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən ilk ailəvi idman yarışını giriş sözü ilə açan İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəsi Elçin Nəcəfli bu kimi tədbirlərin uşaqlar və gənclərdə idman ruhunun tərbiyə edilməsində mühüm rol oynadığını xüsusi vurğulayaraq, ilk belə yarışın İsmayıllıda keçirilməsinə görə MOK-a xüsusi təşəkkürünü bildirib.

Öz növbəsində, MOK-un məsul işçisi Həsənağa Rzayev iştirakçılara MOK və "Coca-Cola" şirkəti arasındakı uzunmüddətli əməkdaşlıq və "Fəal Ailəm, Sağlam Aləm" layihəsinin tarixçəsindən danışıb. Olimpizm, Olimpiya dəyərləri və dünyada, o cümlədən Azərbaycanda geniş vüsət alan Olimpiya hərəkatı haqda geniş təqdimatının sonunda H.Rzayev iştirakçıları və tamaşaçıları Olimpiya prinsiplərindən gündəlik həyatlarında daha fəal istifadə etməyə çağırıb. Sonda H.Rzayev sağlam və aktiv həyat tərzini təbliğ edən belə bir tədbirin təşkilində göstərdikləri dəstəyə və köməyə görə, rayon icra hakimiyyəti orqanlarına, həmçinin, İsmayıllı Olimpiya İdman Kompleksinin rəhbərliyinə MOK adından təşəkkürünü bildirib.

Daha sonra yarış iştirakçıları meydançaya dəvət olunub və şən, təhlükəsiz və inklüziv oyunlar əsasında hazırlanmış estafet yarışına start verilib. Yarış başa çatandan sonra qonaqlar və yerli hökumət qurumların rəsmiləri iştirakçı ailələri fəxri diplom və hədiyyələrlə təltif etdib.

Proqram haqda daha ətraflı məlumat almaq üçün layihənin koordinatoru Mehman Kərimovla (012) 465-13-23 nömrəli telefonla və ya [email protected] əlaqə saxlaya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti