...

İlin sonuna kimi Azərbaycanın regionlarındakı televiziyalarda monitorinqlərə başlanacaq

Cəmiyyət Materials 30 Sentyabr 2013 12:10 (UTC +04:00)
Bu il ərzində Azərbaycanın regionlarında fəaliyyət göstərən televiziyalarda da ədədi dilin istifadəsini yoxlamaq məqsədilə monitorinqlərə başlanacaq. Bunu Trend-ə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev deyib.
İlin sonuna kimi Azərbaycanın regionlarındakı televiziyalarda monitorinqlərə başlanacaq

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu il ərzində Azərbaycanın regionlarında fəaliyyət göstərən televiziyalarda da ədədi dilin istifadəsini yoxlamaq məqsədilə monitorinqlərə başlanacaq. Bunu Trend-ə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev deyib.

H.Zərbəliyevin sözlərinə görə, hazırda aparılan mpnitorinqlər yalnız bütün respublika ərazisində yayımlanan televiziya və radioları əhatə edir. Bu monitorinqlər yekunlaşdıqdan və onların nəticələri müzakirə edildikdən sonra regionlardakı televiziyalarda monitorinqlərə başlanacaq.

Monitorinqlər "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar nəzərdə tutulan tədbirlərə uyğun aparılacaq.

Monitorinqlər zamanı Azərbaycan ədəbi dilinin istifadəsi zamanı nöqsanlara yol verdiyi aşkarlanan aparıcı və diktorlar treninq kurslara cəlb ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti