...

Azərbaycanda gənclər üçün yeni layihəyə start verilib (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2013 12:21 (UTC +04:00)
Azərbaycanda gənclərin ictimaiyyətlə əlaqələr sahəsində biliklərinin artırılması və bu sahədə peşəkar kadrların hazırlanmasına töhfə vermək məqsədilə “PR School” adlı yeni layihəyə start verilib.
Azərbaycanda gənclər üçün yeni layihəyə start verilib (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda gənclərin ictimaiyyətlə əlaqələr sahəsində biliklərinin artırılması və bu sahədə peşəkar kadrların hazırlanmasına töhfə vermək məqsədilə "PR School" adlı yeni layihəyə start verilib.

Trend-in məlumatına görə, "İRƏLİ" İctimai Birliyi və "Hajizade Group" şirkəti tərəfindən birgə həyata keçiriləcək layihə çərçivəsində 25 gəncə ölkənin aparıcı, təcrübəli PR və marketinq üzrə mütəxəssisləri, eləcə də media nümayəndələri PR fəaliyyətinin incəlikləri, xüsusiyyətləri haqqında məlumat verəcək, mövzu ilə bağlı təlimlər keçiriləcək.

İki ay davam edəcək layihənin sonunda təlimləri uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.

Layhənin təqdimat mərasimində "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev qeyd edib ki, layihəyə müasir dövrdə Azərbaycanda və dünyada ictimaiyyətlə əlaqələrə olan marağı, eləcə də ölkəmizdə bu sahənin mütəxəssislərinə ehtiyacı nəzərə alaraq start verilib.

"Bizə gələn müraciətlərin çoxluğunu nəzərə alaraq ictimaiyyətlə əlaqələrlə bağlı layihəyə start verdik. Bu sahədə Azərbaycanda ixtisaslı kadr hazırlığı ilə məşğul olan təşkilatlar azdır və bu sahəyə töhfə vermək məqsədilə "PR School" layihəsını həyata keçirməyi qərara aldıq. Ümid edirik ki,bu layihə nəticəsində uğurlu bir iş ərsəyə gələcək".

"Hajizade Group" şirkətinin rəhbəri Əli Hacızadə də qeyd edib ki, Azərbaycanda bu sahədə mütəxcəsislərə ehtiyac var, ancaq hazırda onların sayı azdır: "Məhz bunu nəzərə alaraq belə bir layihənin həyata keçirilməsinə təşəbbüs etdik. İnanırıq ki, gənclərin layihə çərçivəsində əldə edəcəkləri biliklər onların gələcək peşəkar həyatlarında mühüm rol oynayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti