...

Azad Rəhimov BMT baş katibinin gənclər üzrə xüsusi elçisi ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2013 18:13 (UTC +04:00)
Bu gün Azərbaycanın gənclər və idman naziri vəzifəsini icra edən Azad Rəhimov BMT Təhlükəsizlik Şurasının Beynəlxalq simulasiya oyunu çərçivəsində Bakıda rəsmi səfərdə olan BMT baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əhləndavini qəbul edib.
Azad Rəhimov BMT baş katibinin gənclər üzrə xüsusi elçisi ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Bu gün Azərbaycanın gənclər və idman naziri vəzifəsini icra edən Azad Rəhimov BMT Təhlükəsizlik Şurasının Beynəlxalq simulasiya oyunu çərçivəsində Bakıda rəsmi səfərdə olan BMT baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əhləndavini qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, A.Rəhimov qonağa gənclər və idman sahəsində görülən işlər haqqında qısa məlumat verib:

"Hazırda bizim üçün ən önəmli addım Azərbaycan adını dünya xəritəsində ön sıralara çəkməkdir. Bu gün ölkəmiz gənclər, eləcə də idman sahəsində beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bu il biz Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının tədbirini Azərbaycanda gerçəkləşdirdik. Bununla yanaşı, bu gün ölkəmizdə təşkil olunan "Simulasiya oyunu" çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edən 45 gəncin tədbirə qatılması Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə yüksək şəkildə ev sahibliyi etməsinə bariz nümunədir".

Daha sonra A.Rəhimov gənclər sahəsində həyata keçirilən bir sıra layihələr, gənclər təşkilatlarına verilən qrantların sayının durmadan artması, ölkəmizdə fəaliyyət göstərən gənclər evləri barədə məlumat verib. Eyni zamanda, nazir Azərbaycanın çox yüksək səviyyədə "2015 Avropa Olimpiya Oyunları"na hazırlığı, Azərbaycan idmançılarının son ildə olimpiya və qeyri-olimpiya idman növləri üzrə 700 medal qazandığını və digər məlumatları qonağın diqqətinə çatdırıb.

Ə.Əhləndavi yüksək səviyyədə təşkil olunan tədbir üçün Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirib. Daha sonra qonaq Azərbaycan Respublikası Gənclərinin Milli Şurası, "İrəli" gənclər təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları ilə olan görüşü haqqında məlumat verib.

Görüşün sonunda Ə.Əhləndavi növbəti illərdə də Azərbaycanda bu səpkili tədbirlərin keçirilməsi istiqamətində yeni addımlar atılmasının önəmindən danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti