...

Nazir: Türkiyədə şəkərli diabet xəstələrinin sayı artır

Cəmiyyət Materials 15 Noyabr 2013 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə şəkərli diabet xəstələrinin sayı hər il 17 faiz artır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin əmək və sosial inkişaf naziri Faruk Çelik deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 5,2 milyon şəkərli diabet xəstəsi var.

F.Çelik qeyd edib ki, hökumət ölkədə şəkərli diabet xəstələrinin sayının artmasının qarşısını almaq üçün mümkün olan hər şeyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti