...

İran parlamentinin nümayəndəsi: Zəlzələdən zərər çəkən Vərzəqan şəhərində əhali hələdə konteynerlərdə yaşayır

Cəmiyyət Materials 17 Noyabr 2013 18:12 (UTC +04:00)
Şərqi Azərbaycan əyalətində havalar soyuyub, qar və yağış yağmağa başlayıb lakin ötən il zəlzələ baş vermiş Vərzəqan şəhərində əhali hələdə kontinerlərdə yaşayır.
İran parlamentinin nümayəndəsi: Zəlzələdən zərər çəkən Vərzəqan şəhərində əhali hələdə konteynerlərdə yaşayır

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir T.Cəfərov/

Şərqi Azərbaycan əyalətində havalar soyuyub, qar və yağış yağmağa başlayıb, lakin ötən il zəlzələ baş vermiş Vərzəqan şəhərində əhali hələdə konteynerlərdə yaşayır. Bunu İran parlamentinin Vərzəqan şəhərindən olan nümayəndəsi Allahverdi Dehqani deyib. T

Trend-in məlumatına görə, bu barədə İran parlamentinin rəsmi xəbər saytı "icana.ir" məlumat verir.

Dehqani deyib ki, Vərzəqanda baş vermiş zəlzələ nəticəsində bu şəhərə külli miqdarda ziyan dəyib. Hazırda bu şəhər bir emalatxanaya bənzəyir və burada tikilməkdə olan evlərin çoxu yarımçıq qalıb və əhali müvəqqəti sığınacaq üçün onlara verilmiş konteynerlərdə yaşayır.

Qeyd edək ki, 2012-ci ilin avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan, Əhər və Həris şəhərlərində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.

Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb. İran hökuməti Şərqi Azərbaycan vilayətində zəlzələdən zərər çəkənlərə yaşayış evlərinin tikintisi və bərpası üçün 49 milyon dollar ayırmışdı və evləri dağılmış şəxslərin hər birinə 6000 dollar məbləğindəı güzəştli kreditlər vermişdi.

Dehqani bildirib ki, dövlət müxtəlif miqdarda vəsait ayırsada, kreditlər versədə təssüflər olsun ki, tikinti işləri həyata keçirən prodatçılar əhalidən puları alıb evləri tikib onlara təhvil verməyib və bu əhali üçün çətinliklər yaradır.

Dehqani bildirib ki, Vərzəqan şəhərində yollar sıradan çıxıb, su və elektrik enerjisinin təminində ciddi problemlər var.

"Əgər dövlət və aidiyyatı orqanlar bu məsələni nəzarətə götürməzlərsə Vərzəqan şəhərində yarımçıq buraxılmış evlər uzun müddət tikilib başa çatdırılmayacaq", -deyə Dehqani bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti