...

Fikrət Məmmədov: Alimentlərin ödənilməməsi ilə bağlı istintaqı aparılan cinayət işlərinin sayı 6 dəfədən çox artıb

Cəmiyyət Materials 21 Noyabr 2013 12:29 (UTC +04:00)
Son 10 ildə alimentin ödənilməsindən qərəzli şəkildə boyun qaçırılması ilə bağlı istintaqı aparılan cinayət işlərinin sayı 6 dəfədən çox artıb.
Fikrət Məmmədov: Alimentlərin ödənilməməsi ilə bağlı istintaqı aparılan cinayət işlərinin sayı 6 dəfədən çox artıb

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İzzət/

Son 10 ildə alimentin ödənilməsindən qərəzli şəkildə boyun qaçırılması ilə bağlı istintaqı aparılan cinayət işlərinin sayı 6 dəfədən çox artıb. Trend-in məlumatına görə, bunu ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov "Respublika" qəzetinə verdiyi müsahibəsində bildirib.

Ədliyyə naziri qeyd edib ki, son illər Azərbaycanın sürətli sosial-iqtisadi yüksəlişi vətəndaşlara mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaradıb. Bu da notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayının artmasında öz əksini tapır: "Belə ki, 2003-cü illə müqayisədə notariat hərəkətlərinin sayı 4 dəfə, qeydə alınmış vətəndaşlıq vəziyyəti aktlarının sayı isə 2 dəfəyədək çoxalıb. Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatının sayının ilbəil artması davam edib, hazırda ölkədə qeyri-hökumət təşkilatlarının sayı 3900-a çatıb, KİV-lərin sayı isə 4800-ü ötüb."

Fikrət Məmmədovun sözlərinə görə, notariat sahəsində aparılan islahatlar nəticəsində yeni notariuslar korpusu formalaşdırılıb, ölkəmizdə beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutu yaradılıb. Bu institutun inkişafı notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfəsini verib. Artıq ölkədə bütün notariat korpusunun 45 faizini xüsusi notariuslar təşkil edir.

Nazir, həmçinin qeyd edib ki, çətin və mürəkkəb icra işlərinin mütəşəkkil və vaxtında təmin olunması məqsədilə təcrübəli işçilərdən ibarət xüsusi icra qrupunun, habelə eyni inzibati ərazidə yerləşən məhkəmələrdə icra işinin vahid qurum tərəfindən həyata keçirilməsi üçün 17 icra qurumu əsasında geniş səlahiyyətlərə malik 4 yeni böyük strukturun yaradılması da icra içinin səmərəliliyinin xeyli yüksəlməsinə səbəb olub: "Qeyd olunmalıdır ki, icra işlərinin mürəkkəbliyi, bu sahədə iş həcminin 2003-cü illə müqayisədə 3 dəfədən çox artaraq 185 mini ötməsi nəzərə alınaraq icra məmurlarının sayı son illər 55 faiz artırılıb. Nazirlikdə 2000-ci ildən fəaliyyət göstərən İstintaq İdarəsinin səlahiyyətləri xeyli genişləndirilib, uşaqların hüquqlarına birbaşa toxunan alimentin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaya görə cinayət məsuliyyəti sanksiyası sərtləşdirilib. Son 10 ildə istintaqı aparılan cinayət işlərinin sayı 6 dəfədən çox artıb. Bununla bağlı bu sahədə işin səmərəliliyinin artırılması üçün regional ədliyyə şöbələrində müstəntiq ştatları təsis edilib".

Bundan başqa, Fikrət Məmmədov bildirib ki, nazirlik mərkəzi və əlaqələndirici orqan qismində 13 çoxtərəfli, 30-dək ikitərəfli müqavilələrin, o cümlədən cinayət və mülki hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 26 ölkənin ədliyyə nazirlikləri ilə bağlanmış ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir. Son on il ərzində beynəlxalq hüquqi yardımla bağlı digər dövlətlərdən daxil olan sorğuların sayı 5 dəfədən çox artaraq 11 mini ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti