...

Bakı-Qazax magistralında qəzalı vəziyyətə düşən körpünün təmiri yaxın vaxtlarda başa çatdırılacaq

Cəmiyyət Materials 21 Noyabr 2013 16:27 (UTC +04:00)
Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsindəki körpünün təmiri yaxın vaxtlarda başa çatdırılacaq.
Bakı-Qazax magistralında qəzalı vəziyyətə düşən körpünün təmiri yaxın vaxtlarda başa çatdırılacaq

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsindəki körpünün təmiri yaxın vaxtlarda başa çatdırılacaq. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərində görə, uzunluğu 15 metr olan bir aşırımlı körpüdə 8 ədəd tir yerləşir və bu tirlərdən ikisi (ikinci və üçüncüsü) normadan artıq yükləndiyinə görə deformasiyaya uğrayıb:

"ASC yaxın vaxtlarda həmin tirlərin təmirini başa çatdıracaq".

Qeyd edək ki, Qərb bölgəsində müşahidə olunan yağışlı hava respublika əhəmiyyətli Bakı-Qazax magistralında bir sıra fəsadlar yaradıb. Belə ki, Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsindəki körpü keçidində çökmə və iri çatlar əmələ gəlib. Yaranmış vəziyyətlə əlaqədar yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti