...

Ramil Usubov 37 nəfəri polis kimi xidmətə yararsız hesab edib

Cəmiyyət Materials 28 Noyabr 2013 16:22 (UTC +04:00)
Bu gün Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib.
Ramil Usubov 37 nəfəri polis kimi xidmətə yararsız hesab edib

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İzzət/

Bu gün Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə qarşılanma olub, alay komandiri, polis polkovniki Zaur Abdullayev general-polkovnik Ramil Usubova sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərin mərasimə hazır olması barədə raport verib.

DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir namizədlərin düzüldüyü ayrı-ayrı kolonları gəzib, onların zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti ilə maraqlanıb. Tələb olunan parametrlərə uyğun gəlməyən 37 nəfər xidmətə yararsız hesab edildiyindən sıra baxışından kənarlaşdırılıb.

Daxili işlər naziri ümumən namizədlərin hazırlıq səviyyəsindən razı qalıb, bəzi iradlarını bildirib, tapşırıq və tövsiyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti