...

Türkiyədə cinsi zorakılığa qarşı cəzalar sərtləşdirilir

Cəmiyyət Materials 10 Dekabr 2013 10:24 (UTC +04:00)
Türkiyədə cinsi zorakılığa qarşı cəza tədbirləri sərtləşdirilir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazır.
Türkiyədə cinsi zorakılığa qarşı cəzalar sərtləşdirilir

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə cinsi zorakılığa qarşı cəza tədbirləri sərtləşdirilir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazır.

Məlumata əsasən, cinsi zorakılığa görə əvvəllər 2 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulurdusa, hazırlanan yeni qanun layihəsinə əsasən, bu cinayətə görə həbs cəzasının müddəti 4 ildən 10 ilə qədər artırılıb.

Qəzetin məlumatına əsasən, cinsi zorakılığa təşəbbüsə görə ən azı 6 il həbs gözlənilir. Cinsi zorakılıq zamanı hər hansı silahdan istifadə zamanı isə 10 il həbs nəzərdə tutulur.

Məlumata əsasən, uşaqlara qarşı cinsi zorakılıq zamanı həbs müddətinin 15 il olması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti