Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İzzət/
Azərbaycanda elektrik enerjisindən istifadəyə görə qiymətlərin artırılması ilə bağlı Tarif Şurasına hər hansı müraciət edilməyib. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə "Azərenerji" ASC-nın prezidenti Etibar Pirverdiyev deyib.
E.Priverdiyev bildirib: "Elektrik stansiyaları üçün yanacağın qiymətinin artırılmasının istehlakçılara heç bir təsiri olmayacaq".
Hazırda elektrik enerjisinin istehlakçılara satış qiyməti 1 kilovat saat üçün 6 qəpikdir.
E.Priverdiyev onu da bildirib ki, "Azərenerji" ASC-də qış mövsümü ilə əlaqədar bütün tədbirlər görülüb və istehlakçılar lazımi qədər elektrik enerjisi ilə təmin olunacaqlar.