...

Azərbaycanda ötən ay 87 nəfər qidadan zəhərlənib

Cəmiyyət Materials 17 Dekabr 2013 16:35 (UTC +04:00)
Bu ilin noyabr ayı ərzində əhali arasında 75 qida zəhərlənməsi hadisəsi baş verib, bu hadisələrdən 87 nəfər zərər çəkib.
Azərbaycanda ötən ay 87 nəfər qidadan zəhərlənib

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin noyabr ayı ərzində əhali arasında 75 qida zəhərlənməsi hadisəsi baş verib, bu hadisələrdən 87 nəfər zərər çəkib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrda 2 botulizm hadisəsi baş verib, bu hadisələrdən 2 nəfər zərər çəkib.

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 55 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 24 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 954, mikrobioloji göstəricilərinə görə 855, toksikoloji göstəricilərinə görə 245, radioloji göstəricilərinə görə 21 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 7-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 2393 yaxma nümunəsi, 39 soyuq qəlyanaltı nümunəsi götürülüb, 41 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti