...

Bakıda daha bir piyada keçidinin istifadəyə veriləcəyi vaxt açıqlandı

Cəmiyyət Materials 14 Yanvar 2014 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda Babək prospekti ilə Telnov küçəsinin (keçmiş Xocalı küçəsi) kəsişməsində yeraltı piyada keçidinin tikintisi artıq yeni mərhələyə qədəm qoyub. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, uzun sürən tədqiqat işlərindən sonra piyada keçidinin tikiləcəyi ərazidən mühəndis-kommunikasiya qurğuları artıq köçülürüb: "Piyada keçidinin uzunluğu 88, eni 8 metr, hündürlüyü 3,23 metr olacaq. Keçidin 22 metr hissəsində istinad divarı və örtük hissəsi tikilib. Hazırda 24 metr məsafədə istinad divarının armaturlarlanması işi gedir. Yaxın 3-4 gün ərzində həmin mesafədə beton tökmə işlərinə başlanacaq. Hava əlverişli keçərsə, bu ayın sonunadək işlərin 50 fazini yerinə yetirmək mümkün olacaq. Piyada keçidinin bu il istifadəyə verilməsi planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti