...

Bakıda keçiriləcək II "Global Shared Societies" Forumuna hazırlıq prosesi müzakirə olunub

Cəmiyyət Materials 14 Yanvar 2014 15:47 (UTC +04:00)
Helsinkidə II "Global Shared Societies" Forumuna hazırlıq prosesinin müzakirəsi üçün görüş keçirilib.
Bakıda keçiriləcək II "Global Shared Societies" Forumuna hazırlıq prosesi müzakirə olunub

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/

Helsinkidə II "Global Shared Societies" Forumuna hazırlıq prosesinin müzakirəsi üçün görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də Finlandiyanın paytaxtı Helsinkidə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin təsisçi üzvü Prezident Tarya Halonenin (2000-2012) təşkilatçılığı ilə cari ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan II "Global Shared Societies" Forumuna hazırlıq prosesinin müzakirəsi üçün görüş keçirilib.

2013-cü il 4-7 sentyabr tarixlərində Bakıda Forumun təşkil olunmasına nəzarət üçün xanım T.Halonenin də iştirakı ilə Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Niderlandın sabiq Baş naziri Vim Kok, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin və bir çox digər tanınmış simaların cəlb olunduğu Beynəlxalq Təşkilat Komitəsi yaradılıb.

Qeyd edək ki, II "Global Shared Societies" Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü ilə keçiriləcək. I Cənubi Qafqaz Forumundan başlayaraq yaradılan şəbəkəyə hazırda dünyanın 60-dan çox sabiq ölkə və hökumət rəhbəri cəlb olunub.

Görüşdə Finlandiya Prezidenti T.Halonen 2015-ci il Minilliyin İnkişaf Proqramı çərcivəsində mühüm əhəmiyyətə malik olan bu Forumun keçirilməsinin regionun təcrübəsinin dünyaya təqdim olunmasında önəmli olduğunu vurğulayıb, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi, ətraf mühitin qorunması, davamlı iqtisadi inkişaf proqramı və qadınların cəmiyyətdə aktiv rolu kimi diqqət mərkəzində olan mövzuların müzakirəsinin əhəmiyyətini qeyd edib.

Cari ilin aprel ayında keçiriləcək II "Global Shared Societies" Forumunun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərlərinin, o cümlədən, dünyanın tanınmış ictimai və siyasi xadimlərinin iştirakı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti