...

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 38 faiz artıb

Cəmiyyət Materials 23 Yanvar 2014 14:19 (UTC +04:00)
2013-cü ildə Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 2012-ci illə müqayisədə 828 nəfər və ya 38,1 faiz artıb.
Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 38 faiz artıb

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/

2013-cü ildə Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 2012-ci illə müqayisədə 828 nəfər və ya 38,1 faiz artıb. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2013-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 3 min nəfər gələn və 800 nəfər ölkədən gedən qeydə alınıb.

Məlumata görə, immiqrantların 33,7 faizini Rusiyadan, 5,3 faizini Ukraynadan, 4,4 faizini Qazaxıstandan gələnlər, emiqrantların isə müvafiq olaraq 49, 6 faizini, 7,8 faizini və 33,0 faizini həmin ölkələrə gedənlər təşkil ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti