...

“ASAN xidmət” mərkəzindən yararlanan milyonuncu vətəndaşın kimliyi açıqlanıb (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2014 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/

"ASAN xidmət" mərkəzindən artıq 1 milyon vətəndaş yararlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən trend-ə verilən məlumata görə, 23 yanvar 2014-cu il tarixində Bakı şəhər Binəqədi rayonun sakini Məsimova Lalə 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət edərkən "ASAN xidmət" mərkəzlərinin 1 000 000-cu istifadəçisi olaraq qeydə alınıb.

Məsimova Lalə "ASAN xidmət" mərkəzinə şəxsiyyət vəsiqəsinin dəyişdirməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti